Tarixdə ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Kuboku və Festivalı 2026-da iştirak edəcək komandaların qrupları bəlli olub.
Futbolpress.az xəbər verir ki, Azərbaycanın ev sahibliyi edəcəyi futbol bayramı oktyabrın 22-dən 31-dək keçiriləcək. Yarışda 191 milli komanda iştirak edəcək və onlar 32 qrupa bölünüblər.
Qrupların tam rəsmi siyahısı hələ FIFA-nın rəsmi saytında dərc olunmasa da, püşkatmanın nəticələri artıq şəbəkədə yayılıb və ayrı-ayrı milli assosiasiyalar tərəfindən təsdiqlənib. KİV-lərdə yayılan cədvəllərdə sonradan müəyyən cüzi dəyişikliklərin ola biləcəyi də istisna edilmir.
Azərbaycan milli komandası turnirin AF qrupunda mübarizə aparacaq. Yığmamızın rəqibləri Andorra, Avstraliya, Haiti, İsrail və Timor-Leste komandaları olacaq.
Turnirin qruplarının tam tərkibi:
A qrupu: Anqilya, Estoniya, Fransa, Kosovo, Maldiv adaları, Cənubi Afrika.
B qrupu: Əlcəzair, Argentina, Çin Taypeyi, Malavi, Oman, Surinam.
C qrupu: Kamboca, İngiltərə, Monteneqro, Nikaraqua, İrlandiya, Zimbabve.
D qrupu: Braziliya, Konqo DR, Salvador, Qvineya-Bisau, Nepal, Tunis.
E qrupu: Barbados, Çili, Konqo, Küveyt, İspaniya, Tacikistan.
F qrupu: Beliz, Kosta-Rika, Kurasao, Liberiya, Mərakeş, Filippin.
G qrupu: Banqladeş, Burundi, Fici, İndoneziya, Portuqaliya, Uels.
H qrupu: Dominika, Efiopiya, Macarıstan, Malayziya, Meksika, Suriya.
I qrupu: Bolqarıstan, Qabon, Latviya, Lesoto, Şotlandiya.
J qrupu: Anqola, Mərkəzi Afrika Respublikası, Çin, Yaponiya, Səudiyyə Ərəbistanı, Solomon adaları.
K qrupu: Bəhreyn, Kamerun, Qrenada, Hindistan, Laos, Seneqal.
L qrupu: Benin, Kuk adaları, Honkonq, İtaliya, Qətər, Türkmənistan.
M qrupu: Kolumbiya, Dominikan Respublikası, Esvatini, Samoa, Slovakiya, Tailand.
N qrupu: Aruba, Xorvatiya, Yunanıstan, Fələstin, Sent-Lusiya, Yəmən.
O qrupu: Belarus, Botsvana, Mali, Monqolustan, Papua-Yeni Qvineya, Peru.
P qrupu: Amerika Samoası, Kanada, Qvatemala, Qvineya, Honduras, Sinqapur.
Q qrupu: Butan, Cənubi Koreya, Litva, Lüksemburq, Sent-Vinsent və Qrenadinlər, BƏƏ.
R qrupu: Bosniya və Herseqovina, Bruney, Qayana, İran, Mavriki, Vyetnam.
S qrupu: Kayman adaları, Misir, İraq, Makao, Sent-Kits və Nevis, Trinidad və Tobaqo.
T qrupu: Madaqaskar, Mozambik, Yeni Zelandiya, Puerto-Riko, Somali, Venesuela.
U qrupu: Kabo-Verde, Ekvador, Ekvatorial Qvineya, Qırğızıstan, Tonqa, Uqanda.
V qrupu: Boliviya, Cəbəllütariq, Liviya, Paraqvay, Seyşel adaları, Taiti.
W qrupu: Baham adaları, Qana, Quam, Qazaxıstan, Myanma, Özbəkistan.
X qrupu: Komor adaları, Moldova, Montserrat, Tanzaniya, Uruqvay, Zambiya.
Y qrupu: Albaniya, Kot-d’İvuar, Mavritaniya, Ruanda, Turks və Kaykos adaları, Vanuatu.
Z qrupu: Çad, Keniya, Malta, Niger, Şimali Makedoniya, Panama.
AA qrupu: Antiqua və Barbuda, Burkina-Faso, Eritreya, Livan, Yeni Kaledoniya, Şimali İrlandiya.
AB qrupu: Kuba, Çexiya, Yamayka, Şri-Lanka, Toqo, ABŞ Vircin adaları.
AC qrupu: Bermud adaları, Britaniya Vircin adaları, Gürcüstan, Namibiya, Polşa, San-Tome və Prinsipi.
AD qrupu: Kipr, Qambiya, İordaniya, Nigeriya, Pakistan, Cənubi Sudan.
AE qrupu: Əfqanıstan, Cibuti, Rusiya, Syerra-Leone, Sudan, Türkiyə.
AF qrupu: Andorra, Avstraliya, Azərbaycan, Haiti, İsrail, Timor-Leste.
