“Qəbələ”nin yarımmüdafiəçisi I Liqa klubunda

I Liqa təmsilçisi “Gəncəbasar” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə klubu “Qəbələ”nin yarımmüdafiəçisi Paulo Quimbilanı heyətinə cəlb edib. 20 yaşlı anqolalı oyunçu 1 illik icarə əsasında “Gəncəbasar”ın şərəfini qoruyacaq.

Gənc futbolçu yarımmüdafiənin mərkəzində çıxış edir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir