“Şimal” futbol klubu transfer çalışmalarını davam etdirir.
Futbolpress.az xəbər verir ki, Qusar təmsilçisi Kot-d’İvuarın “Sirokko” komandasının sabiq hücumçusu Qberi Coellə anlaşıb. 19 yaşlı afrikalı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Gənc hücumçu yeni komandasında “24” nömrəli forma altında mübarizə aparacaq.
