MPL: Qəbələdə heç-heçə, “Sabah”dan qələbə

Bu gün Misli Premyer Liqasında I turun daha iki oyunu baş tutacaq.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan”la “İmişli” üz-üzə gəlib. Cavid Hüseynov “Araz-Naxçıvan”ın “sükanı arxasında” ilk rəsmi sınağına çıxıb. Əvvəllər “İmişli”ni I Liqada çalışdırmış Fərid Namazov üçün də bu matç Premyer Liqada baş məşqçi kimi debüt xarakteri daşıyıb. Görüşdə hesab açılmayıb (0:0).

Son çempion “Sabah” azarkeşləri önündə “Kəpəz”i sınağa çəkib. “Bayquşlar” oyunun ikinci hissəsində, 72-ci dəqiqədə penaltidən Coy-Lans Mikelsin, 90-cı dəqiqədə isə Ksander Severinanın vurduğu qollarla qələbə qazanıb. Bu, yeni transfer Severinanın MPL-də debüt qolu olub.

Misli Premyer Liqası
I tur

15 avqust

18:30 Araz-Naxçıvan – İmişli 0:0
Baş hakim: Əliyar Ağayev

20:45 Sabah – Kəpəz 2:0

Qol: C. Mikels, 72 (pen.), K. Severina, 90
Baş hakim: Fərid Hacıyev

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir