Millimizin futbolçusu Macarıstanda fərqləndi

Macarıstan çempionatında IV turun matçları oynanılır.

Futbolpress.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Anatoli Nuriyevin şərəfini qoruduğu “Kişvarda” səfərdə “Niredhaza” ilə qarşılaşıb. Məhsuldar keçən görüş meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

A. Nuriyev qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 57-ci dəqiqədə mübarizəyə qoşulub. Təmsilçimiz 82-ci dəqiqədə rəqib qapısına yol taparaq komandasının matçdakı yeganə qoluna imza atıb.

15 avqust

“Niredhaza” – “Kişvarda” 2:1

Qollar: J. Batoum, 45, M. Kvasina, 90+1; A. Nuriyev, 82

Bu məğlubiyyətdən sonra aktivində 4 xalı olan “Kişvarda” turnir cədvəlinin 8-ci pilləsindədir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir