“Vestri”dən Azərbaycana

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi braziliyalı müdafiəçi Edson Eduardo ilə müqavilə imzalayıb. 24 yaşlı oyunçu ilə 3 illik anlaşma əldə olunub.

Gənc müdafiəçinin son klubu İslandiyanın “Vestri” komandası olub. Braziliyalı futbolçu karyerası ərzində vətənində “Rondoniense”, “Anapolis”, “Ponte Preta”, həmçinin Tunisdə “Qabes” klublarının da şərəfini qoruyub.

“Qırmızı-qaralar” bu yay transfer dövründə Kouya Mabena, Natan Monzanqo, Karim Rossi, Uboçioma Meşak, Bruno Silva və Artur Mottanı da heyətinə qatmışdı.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir