Namikin yeni “ünvan”ı bəlli oldu

Heyəti yeniləməyə davam edən “Kəpəz” növbəti transferini həyata keçirib.

Futbolpress.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti açıqlama yayıb.

“Sarı-göylər” Namik Ələsgərovu heyətinə cəlb edib. 31 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Təcrübəli futbolçunun son klubu “Zirə” olub. N. Ələsgərov karyerası ərzində ikinci dəfə Qərb təmsilçisinin şərəfini qoruyacaq. O, 2015/2016 mövsümünün ikinci yarısında da “Kəpəz”də oynayıb və meydana çıxdığı 15 matçda 3 dəfə rəqib qapılarına yol tapıb. Yarımmüdafiəçi vaxtilə Azərbaycan milli komandasının da formasını geyinib.

Gəncə təmsilçisi bu yay Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Urfan Abbasov, Kennet Kalunqa və Viktor Stina ilə də müqavilə bağlayıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir