“Turan Tovuz”dan ayrılan Mark Mampassinin yeni klubu məlum olub.
Futbolpress.az xəbər verir ki, müdafiəçi Norveç təmsilçisi “Rusenborq”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
“Turan Tovuz” ötən mövsüm Mampassini Rusiyanın “Lokomotiv” klubundan icarəyə götürmüşdü.
Mərkəz müdafiəçisi Azərbaycan Premyer Liqasında 11 oyunda meydana çıxıb.
