“Şəki” klubu heyətinə yeni oyunçu cəlb edib.
Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi müdafiəçi İman Müseyibovla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu yeni mövsümdə “Şəki” kollektivinin şərəfini qoruyacaq.
Gənc oyunçu bu keçidə qədər “Şəmkir”də çıxış edib.
