Azərbaycan II Liqasında mübarizə aparan “Şəmkir” komandasına yeni vitse-prezident təyin olunub.
Futbolpress.az xəbər verir ki, bu vəzifə Əli Qədimova həvalə olunub. Məlumatı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.
Ə. Qədimov ötən mövsüm də “Şəmkir” klubunun strukturunda yer alıb və İctimaiyyətlə əlaqələr üzrə menecer funksiyasını yerinə yetirib.
“Şəmkir” II Liqanın 2025/26 mövsümünü 6-cı sırada tamamlayıb.
