Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ikinci yoxlama oyununa çıxacaq.
Futbolpress.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Serbiyanın “Partizan” komandası ilə qarşılaşacaq. Matça saat 20:00-da start veriləcək.
“Neftçi” hazırlıq çərçivəsində birinci sınaq matçında Rumıniyanın ÇFR komandasına uduzub – 1:2.
