Ayrılığın astanasında – Duran “Seltik”ə doğru

“Qarabağ”ın futbolçusu Kamilo Duran karyerasını Şotlandiyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, kolumbiyalı hücumçunun nümayəndələri “Seltik”lə danışıq aparır. Bu barədə Qlazqo mətbuatı məlumat yayıb. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilib.

“Seltik”in Duran üçün “Qarabağ”a 3 milyon funt-sterlinq (3.5 milyon avro) ödəyəcəyi bildirilir.

24 yaşlı hücumçu ötən il 200 min avro qarşılığında “Qarabağ”a keçib. O, “atlılar”la 45 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir