“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi futbolçusu Həbib İsmayılovla yeni müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İsmayılovla müqavilənin müddəti 2028-ci ilin yayına kimi artırılıb.
Həbib başa çatan mövsümdə “Şamaxı” ilə 15 oyuna çıxıb.
