Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının iyunun 9-da San Marino yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşü öncəsi təşkil olunacaq mətbuat konfransının və açıq məşqinin vaxtı məlum olub.
Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun media nümayəndələri ilə görüşü matçdan bir gün olacaq.
8 iyun
Azərbaycan milli komandası
20:30. Mətbuat konfransı
21:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.
