Zubir: “Hər şeyimizi ortaya qoyduq”

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasında “Ayntraxt”ı məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, Zubir 3:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Son dəqiqədə, son saniyədə qalib gəlmək möhtəşəm idi.Çətin oyun oldu. Hər şeyimizi ortaya qoyduq və qalib gəldik. İnanılmaz anlardır, çox xoşbəxtik. Heç vaxt təslim olmuruq, bu qələbədə əsas pay məhz bunda idi.

Qarşıda “Liverpul”la çətin oyunumuz var. Əlimizdən gələni edəcəyik. Möhtəşəm komandaya qarşı oynayacağıq. Meydanda hər şeyimizi ortaya qoyacağıq və sonda harda olacağımızı görəcəyik”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir