“Ayntraxt”ın futbolçusu Rasmus Kristensen Çempionlar Liqasında “Qarabağ”a uduzduqları oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 2:3 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Kifayət qədər yaxşı oynamadıq. Bəzi anlarda düzgün oynasaq da, vurduğumuz ikinci qoldan sonra tez qol buraxdıq. Bu, qəbuledilməzdir. “Qarabağ” vəziyyəti yaxşı idarə etdi, onları təbrik edirəm. Səhvlərimizdən maksimum yararlandılar. “Qarabağ” bizi doğru anlarda cəzalandırdı”.
