“Siz “Aston Villa”nın Premyer Liqadakı son nəticələrini görmüsüz”

“Fənərbaxça”nın baş məşqçisi Domeniko Tedesko Avropa Liqasının əsas mərhələsində “Aston Villa”ya qarşı keçiriləcək qarşılaşmadan gözləntilərini açıqlayıb.

İstanbul təmsilçisi 6 turdan sonra 11 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandasının hazırkı durumundan razı qaldığını bildirib:

“Hazırda yaxşı formadayıq və özümüzə inanırıq. Ancaq siz “Aston Villa”nın Premyer Liqadakı son nəticələrini də görmüsüz. Elə bu cür matçlar üçün biz səhərlər erkəndən yataqdan qalxırıq”.

Baş məşqçi rəqibin oyun üslubuna da toxunaraq qeyd edib ki, “Aston Villa” həm uzun ötürmələrə əsaslanan, həm də qısa ötürmələrlə qurulan oyun sərgiləyə bilir.

“Aston Villa” 6 turdan sonra 15 xal toplayaraq Avropa Liqasında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir