“Liverpul”un futbolçusu “Qarabağ”la oyun haqda: “Hər şey öz əlimizdə olacaq”

“Liverpul”un müdafiəçisi Vircil van Dayk UEFA Çempionlar Liqasının 7-ci turunda “Marsel” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı futbolçu komandanın oyunundan və turnir cədvəlindəki vəziyyətdən razı qaldığını bildirib:

“Bu, “Liverpul”un əla oyunu və yaxşı qələbəsi idi. Bizim üçün əlavə oyunlara (pley-off) düşməmək çox vacibdir. Son turda hər şey öz əlimizdə olacaq. “Liverpul” mütləq ilk səkkizlikdə finişə çatmalıdır. Hazırda kifayət qədər yaxşı mövqedəyik”.

Arne Slotun rəhbərlik etdiyi “Liverpul” 7 turdan sonra 15 xal toplayaraq ümumi mərhələnin turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Komanda son turda “Qarabağ”ı qəbul edəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir