
“Yuventus”un baş məşqçisi Luçano Spaletti UEFA Çempionlar Liqasının 7-ci turu çərçivəsində evdə “Benfika” ilə oyunu (2:0) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının inkişaf etdiyinə inanır:
“Rəqib yaxşı oynadı, onlar bizim üçün bəzi problemlər yaratdılar. Amma biz oyuna yaxşı başlamağı və topu əldə etməyi bacardıq. Komandam açıq-aşkar inkişaf edir”.
Turin komandası qrup mərhələsinin son turunda səfərdə “Monako” ilə oynayacaq.
