
“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının 6-cı turunun “İnter”lə səfər oyununda verilən penalti qərarına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı İngiltərə Premyer Liqasında belə epizodlarda penalti təyin etmədiklərini söyləyib:
“Bu həqiqətən penalti idisə, cari mövsümdə biz daha 10 belə penalti vura bilərdik. Mən hesab edirəm ki, bu cür penalti Premyer Liqa oyununda təyin olunmazdı”.
Çempionlar Liqasının 6-cı turunda keçirilən oyun “Liverpul”un səfərdə “İnter” üzərində 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 88-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Dominik Soboslayi vurub.
Slotun yetirmələri Çempionlar Liqasının növbəti turunda səfərdə “Marsel”lə qarşılaşacaq. Komanda bu turnirdə “Qarabağ”ın da rəqiblərindən biridir.
