Konte qorxur

“Napoli”nin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının 6-cı turunda “Benfika”ya 0:2 hesabı ilə məğlubiyyəti şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis bütün bu turnirlərin onu narahat etdiyini bildirib:

“Bütün bu turnirlər məni narahat edir. Qorxuram ki, bizim gücümüz bunların hamısını qaldırmağa çatmaya bilər. Bu gün ən yaxşı oyunumuzu göstərməli idik, amma nəticədə bir qədər yorulmuş vəziyyətdə idik”.

“Napoli” 6 turdan sonra Çempionlar Liqasında 7 xalla turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb. Turnirin pley-off mərhələsinə ilk 24 komanda çıxır.

İtaliyalılar növbəti turda səfərdə “Kopenhagen”lə qarşılaşacaqlar. Komanda bu turnirin 5-ci turunda evdə “Qarabağ”ı məğlub edib – 2:0.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir