
“Santos”un futbolçusu Neymar komandasının süni ot örtüyündə keçiriləcək bütün oyunlarını buraxacaq.
33 yaşlı hücumçu vətəninə qayıtdıqdan sonra bir neçə dəfə zədələnib və klub onun yenidən mütəmadi sıradan çıxmasını istəmir.
Komanda.az “Jornal A Tribuna”-ya istinadən xəbər verir ki, süni örtük Neymarın diz və oynaqlarında ağrı yaratdığı üçün “Santos” belə qərar verib.
Braziliyalı forvard bu ilin yanvarında “Santos”a qayıdıb. “Barselona”nın və PSJ-nin sabiq futbolçusu mövsüm ərzində 20 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
