“Neftçi”nin futbolçusu Edvin Kuç Monteneqro millisində növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv səfərdə Xorvatiya ilə qarşılaşıb. Matç xorvatların qələbəsiylə başa çatıb – 4:0.
Edvin görüşə ehtiyatda başlayıb. 74-cü dəqiqədə meydana daxil olan yarımmüdafiəçi 85-ci dəqiqədə avtoqol müəllifi olub.
Monteneqro 5 turdan sonra 6 xalla 4-cü sıradadır. Xorvatiya isə 12 xalla qrup lideridir.
