Dünya Futbolu

Hüseynov ÇSKA-ya qarşı oynadı, komandası uduzdu
Dünya Futbolu

Hüseynov ÇSKA-ya qarşı oynadı, komandası uduzdu

Futbol üzrə Bolqarıstan çempionatında 20-ci turun oyunları keçirilir. Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” səfərdə Sofiya ÇSKA-sının qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Hüseynov da bu matçın iştirakçısı olub. 23 yaşlı müdafiəçi qarşılaşmaya start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. 20 turdan sonra 24 xal toplayan “Arda” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. source
Ronaldo ərəbləri 2,4 milyard dollar ziyana salıb!
Dünya Futbolu

Ronaldo ərəbləri 2,4 milyard dollar ziyana salıb!

Səudiyyə Ərəbistanının futbol liqası “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun davam edən boykotu səbəbindən ciddi maliyyə itkiləri ilə üz-üzə qalıb. Komanda.az “Speedline”-a istinadən xəbər verir ki, bu vəziyyət səbəbindən “Fox Sports” (dünyada məşhur idman yayımı və media şəbəkələrinin ümumi adı) Səudiyyə Ərəbistanı liqası ilə əməkdaşlığı dayandırıb. Ümumi maliyyə zərəri 2,4 milyard dollar təşkil edir. Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir. 41 yaşlı futbolçu cari mövsümdə Səudiyyə Ərəbistanı çempionatında 18 oyun iştirak edib, 17 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun boykotu liqaya ciddi təsir göstərərək həm klub, həm də liqa səviyyəsində böyük maliyyə zərərinə səbəb olub. ...
Ronaldonun “üsyan”ı davam edir
Dünya Futbolu

Ronaldonun “üsyan”ı davam edir

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo meydana qayıtmaq niyyətində deyil. Dünən 41 yaşını qeyd edən portuqaliyalı futbolçu komandanın oyunlarını boykot etməyə davam edir. Komanda.az “Al Nassr Zone”-yə istinadən xəbər verir ki, Ronaldo klub rəhbərliyinə “səmərəsiz idarəetmə” ilə bağlı vəziyyət həll olunmayana qədər çempionat matçlarında iştirak etməyəcəyini bildirib. Daha əvvəl müxtəlif mənbələr Kriştiano Ronaldonun yay transfer pəncərəsində “Əl-Nəsr”dən ayrılma ehtimalı barədə məlumatlar yayıb. Bildirilir ki, onun karyerasını Avropanın aparıcı liqalarından birində davam etdirməsi variantı müzakirə olunur. Həmçinin, portuqaliyalı oyunçuya MLS klublarından da maraq var. source...
Tanınmış futbolçu MLS klubu ilə anlaşıb
Dünya Futbolu

Tanınmış futbolçu MLS klubu ilə anlaşıb

Yarımmüdafiəçi Xames Rodriqes karyerasını MLS-də davam etdirəcək. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu “Minnesota Yunayted” klubu ilə razılığa gəlib. Kolumbiyalı oyunçu ABŞ təmsilçisinə azad agent statusunda qoşulacaq. Tərəflər arasında razılaşmanın rəsmiləşdirilməsi üçün yalnız son detalları dəqiqləşdirmək qalır. Rodriqes yanvarın əvvəlində Meksikanın “Leon” klubundan ayrıldıqdan sonra azad agent idi. Çempionlar Liqasının ikiqat qalibi karyerası ərzində “Portu”, “Monako”, “Real”, “Bayern” və “Everton” kimi klubların formasını geyinib. Son üç ildə isə “Olimpiakos”, “San-Paulu”, “Rayo Valyekano” və “Leon”da çıxış edərək müxtəlif liqalarda özünü sınayıb. source...
İngiltərə millisinin sabiq üzvü futbola qayıdır
Dünya Futbolu

İngiltərə millisinin sabiq üzvü futbola qayıdır

İngiltərəli yarımmüdafiəçi Aleks Oksleyd-Çemberleyn uzun müddət azad agent statusunda qaldıqdan sonra yenidən futbola qayıtmağa hazırlaşır. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Şotlandiyanın “Seltik” klubu ilə müqavilə imzalamağa yaxındır. Gözləntilərə görə, tərəflər bu gün 6 aylıq müqavilə bağlayacaq. Çemberleyn ötən ilin yayında “Beşiktaş”dan ayrılmışdı. O, karyerası ərzində “Liverpul” və “Arsenal” kimi klublarda çıxış edib, peşəkar futbol yoluna isə “Sauthempton”da başlayıb. İngiltərəli futbolçu 2012–2019-cu illər aralığında millinin formasını 35 dəfə geyinib, bu müddətdə 7 qol vurub və 6 məhsuldar ötürmə verib. source...
Səudiyyə Ərəbistanı çempionatı rəsmisindən Ronaldonun “üsyan”ına reaksiya
Dünya Futbolu

Səudiyyə Ərəbistanı çempionatı rəsmisindən Ronaldonun “üsyan”ına reaksiya

Səudiyyə Ərəbistanının Pro Liqası rəsmiləri “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun komandanın transfer pəncərəsində güclənməməsindən narazı qalması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Daha əvvəl xəbər verilmişdi ki, bu səbəbdən portuqaliyalı futbolçu “Əl-Nəsr”in oyunlarını boykot etməklə yanaşı, yayda klubu tərk edə bilər. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qurum rəsmilərindən biri Pro Liqanın sadə prinsip üzərində qurulduğunu, hər bir klubun müstəqil şəkildə fəaliyyət göstərdiyini, həmçinin, eyni qaydalara tabe olduğunu deyib: “Klubların öz idarə heyətləri, rəhbərləri və futbol komandaları var. Oyunçu transferləri, xərclər və strategiya barədə qərarlar yalnız klublar tərəfindən qəbul edilir və maliyyə strukturu çərçivəsində həyata keçirilir. Bu stru...
Azərbaycan millisinin üzvünün komandası kubokla vidalaşdı
Dünya Futbolu

Azərbaycan millisinin üzvünün komandası kubokla vidalaşdı

Niderland kubokunun 1 /4 final mərhələsinin oyunları keçirilib. Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının oyunçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” bu mərhələdə “Neymegen”lə qarşılaşıb. Matç Kökçün komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Ozan Can meydana start heyətində çıxıb və 81-ci dəqiqədə əvəzlənib. “Volendam” kubokla vidalaşıb. source
“Çelsi”nin sabiq futbolçusu Çin klubuna keçir
Dünya Futbolu

“Çelsi”nin sabiq futbolçusu Çin klubuna keçir

Fransalı müdafiəçi Kurt Zuma karyerasını Çində davam etdirə bilər. Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu “Şandun Tayşan” klubuna keçməyə yaxındır. Vaxtilə “Çelsi”nin formasını geyinmiş Zuma Çin təmsilçisi ilə müddəti 1 il olan müqavilə imzalayacaq. Razılaşmada sözləşmənin daha bir mövsüm uzadılması bəndinin də yer alacağı gözlənilir. Kurt Zumanın son klubu Rumıniyanın ÇFR komandası olub. O, 2025-ci ilin sentyabrından 2026-cı ilin yanvarına qədər bu komandanın şərəfini qoruyub və bu müddətdə 4 oyunda meydana çıxıb. source
Qazaxıstan klubu məşhur futbolçudan cavab gözləyir
Dünya Futbolu

Qazaxıstan klubu məşhur futbolçudan cavab gözləyir

Dortmund “Borussiya”sının və Almaniya millisinin sabiq hücumçusu Marko Roys karyerasını Qazaxıstanda davam etdirə bilər. Komanda.az xarici KİV-ə istinadən xəbər verir k, 36 yaşlı futbolçu “Aktobe” klubundan təklif alıb və yaxın günlərdə cavabını verəcək. Qazaxıstan klubu əvvəllər “Mançester Yunayted”in və Portuqaliya millisinin sabiq üzvü Luiş Nanini heyətinə qatmışdı. Roys hazırda ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda çıxış edir. 2024-cü ildən bu klubun şərəfini qoruyan almaniyalı futbolçu cari mövsümdə 39 oyuna çıxıb, 9 qol vurub və 12 məhsuldar ötürmə verib. source
“Əl-Hilal” rəsmisi: “Vinisiusla heç bir danışıq aparılmır”
Dünya Futbolu

“Əl-Hilal” rəsmisi: “Vinisiusla heç bir danışıq aparılmır”

“Əl-Hilal”ın baş direktoru Esteve Kalzada klubun “Real”ın hücumçusu Vinisiusu transfer etmək ehtimalıyla bağlı sualı cavablandırıb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı vinger üçün danışıq aparmadıqlarını bildirib:“Bizim vəziyyətimizdə heç bir danışıq aparılmır. Amma Səudiyyə Ərəbistanı liqasının baş direktoru mümkün olduğu təqdirdə, Vinisiusu transfer etməyə çalışacağını bildirib”. Braziliyalı futbolçunun “Real”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədərdir. O, bu mövsüm bütün yarışlarda 33 oyunda 8 qol vurub və 11 məhsuldar ötürmə edib. source