Digər İdman Növləri

Fiziyev nokautla uduzub
Digər İdman Növləri

Fiziyev nokautla uduzub

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatındakı (UFC) növbəti görüşünə çıxıb. Futbolpress.az xəbər verir ki, o, UFC 325 turnirində braziliyalı Maurisio Ruffi ilə qarşılaşıb. Fiziyev ikinci raundda nokautla uduzub. Fiziyev UFC karyerasında beşinci məğlubiyyətini yaşayıb. source
Mingəçevirdə Federasiya Kuboku keçiriləcək
Digər İdman Növləri

Mingəçevirdə Federasiya Kuboku keçiriləcək

Yanvarın 31-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası konsept trenajorda Federasiya Kuboku təşkil edəcək. Futbolpress.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək yarışda Bakı və Mingəçevirdən 30-dan çox idmançı mübarizə aparacaq. Xatırladaq ki, konsept trenajor yarışları qapalı məkanda avarçəkmə üçün nəzərdə tutulan xüsusi idman qurğusunda keçirilir. Bu növ yarışlar dünyada geniş yayılıb. Ötən il Azərbaycanda ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirilib. source
Azərbaycan çempionatında yarımfinalçılar məlum oldu
Digər İdman Növləri

Azərbaycan çempionatında yarımfinalçılar məlum oldu

Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub. Futbolpress.az xəbər verir ki, 33 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 5-ci günündə 23 döyüş baş tutub. Qarşılaşmaların yekununa əsasən son 5 çəkidə də yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər. Qadın boksçuların mübarizəsində isə son 2 çəki dərəcəsində finalçılar bəlli olub. 4 döyüşün yekununa əsasən həlledici mərhələyə yüksələnlər dəqiqləşib. Azərbaycan çempionatı 26 yanvar Qadınlar 1/2 final 51 kq Cəmilə Sultanlı (Sumqayıt) – Leyla Quliyeva (“Firuz” BK) – 5:0 Günel Rəhimova (DİN İC) – Nərgiz Zeynalova (“Abşeron” İK) – birinci nokautla qalib gəlib 65 kq Özləm Həsənova (AH...
Federasiya rəhbərliyinin Qarabağ səfəri
Digər İdman Növləri

Federasiya rəhbərliyinin Qarabağ səfəri

Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyi Qarabağa səfər edib. Futbolpress.az xəbər verir ki, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev, Fərid Mansurov, AGF-nin baş katibi Pərvin Piriyev, yunan-Roma güləşi üzrə koordinator Rafiq Hüseynov Şuşa və Xankəndidə görüşlər keçirib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində, Şuşa şəhər məktəbində və Qarabağ Universitetində olan federasiyanın funksionerləri həmin məkanlarda rəsmi şəxslərlə yanaşı, məktəblilər və tələbələrlə görüşüb. Azərbaycan idmanında uğurlarıyla parlaq iz qoymuş N.Abdullayv, F.Mansurov və R.Hüseynov öz karyeralarından danışıb, yeniyetmə və gənclərin suallarını cavablandırıb və tövsiyələrini çatdırıblar. Güləş Federasiyası bu tip motivasiya xarakterli görüşləri sistemli şəkildə davam etdirəcək. source...
Millinin Şəki toplanışı
Digər İdman Növləri

Millinin Şəki toplanışı

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisi Şəkidə təlim-məşq toplanışına start verib. Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb. Şəki Olimpiya İdman Kompleksində keçirilən 14 günlük hazırlıq mərhələsində əsas diqqət idmançıların ümumi fiziki hazırlığının yüksəldilməsinə yönəldilib. Təlim-məşq prosesi böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi ilə keçirilir. Toplanışın əsas məqsədi yığma üzvlərinin fiziki hazırlıq səviyyəsinin artırılması, funksional dayanıqlığın gücləndirilməsi və qarşıdakı beynəlxalq yarışlara optimal formada hazırlaşmalarının təmin edilməsidir. source...
Azərbaycanlı hakim Serbiya klubunun oyununda
Digər İdman Növləri

Azərbaycanlı hakim Serbiya klubunun oyununda

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb. Futbolpress.az xəbər verir ki, Əsgərova qadın voleybolçuların Çelenc Kubokunun 1/8 final mərhələsində Serbiyanın “Crvena Zvezda Beograd” və Danimarkanın “Holte IF” komandaları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq. Matçın baş hakimi vəzifəsini xorvatiyalı Ana Stipanicev yerinə yetirəcək. Qeyd edək ki, oyun yanvarın 15-də Serbiyada keçiriləcək. source
“Bu böyük məsuliyyəti daşıdığım üçün çox xoşbəxtəm”
Digər İdman Növləri

“Bu böyük məsuliyyəti daşıdığım üçün çox xoşbəxtəm”

Yunan-Roma güləşi üzrə milli komandanın yeni baş məşqçisi Məhəmməd Bəna təyinatı ilə bağlı açıqlama verib. Futbolpress.az xəbər verir ki, dünyaca tanınmış mütəxəssis qarşıya qoyulan hədəflərdən danışıb: “Azərbaycan milli komandasının baş məşqçisi seçildiyim üçün çox xoşbəxtəm. Azərbaycan komandası çox böyük bir komandadır və uzun illərdir dünya miqyasında medallara sahibdir. Bu iş mənim üçün çox çətindir, lakin seçilmiş məşqçi heyəti ilə birlikdə böyük əzmlə çalışırıq. Heyətimizdə üç iranlı və üç azərbaycanlı məşqçi var. Gələcəkdə komandamıza başqa mütəxəssislərin də qoşulması nəzərdə tutulur. Ümid edirəm ki, Azərbaycan güləşinin səviyyəsini qoruyub saxlaya və onu daha da inkişaf etdirə biləcəyik. 23 ildir gözlənilən bir medal var. İndi isə ümid edirik ki, bundan da artıq nəticə əldə edərə...
Sərbəst güləşdə 5 çəkidə ölkə çempionları bilindi
Digər İdman Növləri

Sərbəst güləşdə 5 çəkidə ölkə çempionları bilindi

Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı sona yaxınlaşır. Futbolpress.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən yarışın dördüncü günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da medalçılar müəyyənləşib. 57 kq İslam Bazarqanov (AGF)Vasif Bağırov (Mywrestling)Elman Ağayev (Neftçi), Muhəmməd İsmayılov (Neftçi) 65 kq Rəşid Babazadə (Masallı, “Neftçi”)Musa Ağayev (AHİTA)Əli Rəhimzadə (Neftçi), Murad Haqverdiyev (MOİK) 74 kq Turan Bayramov (Neftçi)Ağanəzər Novruzov (Neftçi)Nurlan Ağazadə (Neftçi), Murad Yevloyev (AGF) 86 kq Arseniy Djioyev (Neftçi)Orxan Abasov (Neftçi)Nəsib İsayev (Ağstafa), Əşrəf Aşırov (MOİK) 97 kq Maqomedxan Maqomedov (AGF)Osman Nurmaqomedov (AGF)Zəfər Əliyev (Sərhədçi), Abdulcəlil Şabanov (Zaqatala) source...
Şəhriyar və Teymurun şahmat qazancı
Digər İdman Növləri

Şəhriyar və Teymurun şahmat qazancı

Məşhur “Chess.соm” portalı şahmat tarixində ən çox mükafat qazanan qrossmeysterlərin siyahısını tərtib edib. Futbolpress.az xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov yarışlardan 1 milyon 781 min 988 dollar (3,030,000 AZN) pul qazanıb. Şəhriyarın ötənilki qazancı isə 38 min 689 dollar (65.686,30 AZN) olub. Digər azərbaycanlı Teymur Rəcəbov isə ümumilikdə 1 milyon 117 min 290 dollar (1.900.000 AZN), 2025-ci ildə isə 6,275 dollar (10.667,50 AZN) qazanıb. Birinci sırada yer alan Maqnus Karlsenin qazancı 12 milyon 232 min 249 dollardır. source