Digər İdman Növləri

Cüdoçulara təbrik
Digər İdman Növləri

Cüdoçulara təbrik

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində 7 medal qazanan millinin üzvlərini təbrik edib. Futbolpress.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Nəbiyev cüdoçuları əlamətdar nailiyyət münasibətilə təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıb. “Böyük Dəbilqə”də 4 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 7 medal qazanan Azərbaycan cüdoçuları komanda hesabında ikinci, kişilərin mübarizəsində isə birinci yeri tutub. source
“Neftçi”nin üzvü “qızıl” qazandı
Digər İdman Növləri

“Neftçi”nin üzvü “qızıl” qazandı

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə Zayed İdman Turniri keçirilib. Futbolpress.az xəbər verir ki, Ramazan ayı çərçivəsində təşkil olunan çoxşaxəli yarışda “Neftçi” İdman Klubunun boksçusu Emili Rzayeva (65 kq) mükafata layiq görülüb. Xanım idmançı turnirdə qızıl medal qazanıb. source
Azərbaycan boksçusu ermənistanlı rəqibini məğlub etdi
Digər İdman Növləri

Azərbaycan boksçusu ermənistanlı rəqibini məğlub etdi

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turniri davam edir. Futbolpress.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb. 55 kq-da Zidan Hünbətov 1/8 finalda Jirayr Sarqsyanla (Ermənistan) döyüşüb. Boksçumuz erməni rəqibinə heç bir şans verməyib və hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). O, növbəti görüşdə ukraynalı Maksim Zimenko (Ukrayna) ilə üz-üzə gələcək. Döyüş fevralın 27-nə təsadüf edəcək. Malik Həsənov (65 kq) turnirə qələbə ilə başlayıb. O, Cakomo Canniottini (İtaliya) məğlub edib. Rəqib zədələndiyi üçün boksçumuz ikinci raundda qalib elan olunub – 4:0 (20:18, 19:19, 20:18, 20:18, 20:18). Həsənov fevralın 26-da 1/8 finalda ilk mərhələdən azad olan Artur Saakyanla (...
Azərbaycan Kubokunun qalibi bilindi
Digər İdman Növləri

Azərbaycan Kubokunun qalibi bilindi

Bakı İdman Sarayında basketbol üzrə Azərbaycan Kubokunun (2026) “Gəncə” – “Sabah” final oyunu baş tutub. Futbolpress.az xəbər verir ki, final görüşünə üstün başlayan “Sabah” klubu oyunun sonlarına doğru bu üstünlüyü əldən verib və “Gəncə” rəqibi üzərində 89:82 hesabı ilə qələbə qazanaraq, klub tarixində ikinci dəfə kubokun sahibi olub. Azərbaycan Kubokunun (2026) ən dəyərli oyunçusu (MVP) “Gəncə” klubundan Cervis Qarret seçilib. source
Kubokda yarımfinalçılar bilindi
Digər İdman Növləri

Kubokda yarımfinalçılar bilindi

Basketbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar məlum olub. Futbolpress.az xəbər verir ki, “Şəki” “Abşeron Lions”a qalib gəlib və adını yarımfinala yazdırıb. Bölgə təmsilçisi final yolunda “Gəncə” ilə qarşılaşacaq. Yarımfinalın digər görüşü isə “Ordu” ilə “Sabah” arasında olacaq. source
“Azərbaycanı bəyənirəm, çox maraqlı ölkədir”
Digər İdman Növləri

“Azərbaycanı bəyənirəm, çox maraqlı ölkədir”

“Sərhədçi”nin oyunçusu Ceymond Vinsent klubun mətbuat xidmətinə müsahibə verib. Futbolpress.az xəbər verir ki, basketbolçu komandanın çıxışından söz açıb: – Komanda son oyunda qələbə qazandı. Sizcə, bu qələbə komanda üçün nə dərəcədə önəmlidir?– Bu qələbə bizim üçün çox vacib idi. Hazırda üçüncü yer uğrunda mübarizə aparırıq. Buna görə də bu, bizim üçün böyük və dəyərli qələbə oldu. – Ümumilikdə “Sərhədçi”nin çıxışını necə qiymətləndirirsiniz?– Açığı, çıxışımız pis deyil. Amma komanda olaraq birlikdə inkişaf etdirməli olduğumuz çox məqamlar var. Hələ də üzərində işləməli olduğumuz sahələr kifayət qədərdir. – Oyunun ən yaxşı oyunçusu seçildiniz. Bu barədə fikirləriniz necədir?– Buna görə minnətdaram. Amma ilk növbədə komanda yoldaşlarıma və məşqçilərimə təşəkkür etməliyəm. Onların mənə olan...
Azərbaycan çempionatında 1/4 finalçılar bilindi
Digər İdman Növləri

Azərbaycan çempionatında 1/4 finalçılar bilindi

Şahmat üzrə Azərbaycan çempionatında son 1/4 finalçılar müəyyənləşib. Futbolpress.az xəbər verir ki, bu gün baş tutan tay-brekdə Nicat Abasov gənc istedad Xaqan Əhmədə qalib gələrək adını növbəti mərhələyə yazdırıb. Son çempion Rauf Məmmədov Şiroğlan Talıbovu üstələyərək mübarizəni davam etdirmək imkanı qazanıb. Qadın şahmatçıların yarışında gözlənilməz nəticə qeyd alınıb. Milli komandanın üzvü, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva çempionatda çıxışını dayandırıb. G.Beydullayeva Nərmin Abdinovaya uduzaraq turniri tərk edib. Sabah Azərbaycan çempionatında 1/4 final mərhələsinə start veriləcək. source
Azərbaycan çempionatında daha 47 döyüş keçirildi
Digər İdman Növləri

Azərbaycan çempionatında daha 47 döyüş keçirildi

Gənc boksçular arasında Azərbaycan çempionatı davam edir. Futbolpress.az xəbər verir ki, yarışın üçüncü günündə 47 döyüş keçirilib. Qız boksçular arasında U-19 Azərbaycan çempionatında daha iki çəkidə yarımfinalçıların adlarına aydınlıq gəlib. Oğlan boksçuların mübarizəsində isə 60 kq və 65 kq-da 1/8, 70 kq-da 1/4 finalçılar müəyyənləşib. 7 gün davam edəcək yarışın 4-cü günündə 49 görüş olacaq. Bakı Boks Mərkəzində keçirilən çempionatda döyüşlər saat 12:00-da başlanacaq. Qeyd edək ki, yarışın qaliblərinin adına fevralın 15-də aydınlıq gələcək. U-19 Azərbaycan çempionatı 11 fevral Qızlar 51 kq 1/4 final Laləzar Muradova (Şabran) – Aytən Musayeva (“Berzloy” İK) – 3:2 Ruqiyyə Məmmədli (“AZSport” BK) – Aylin Hüseynli (888 BK) – birinci qalib gəlib Əminə Tağı (DİN İC) – Mələk Abbasova (“Turan-Q...
Daha iki komanda Azərbaycanda keçiriləcək mundiala vəsiqə qazandı
Digər İdman Növləri

Daha iki komanda Azərbaycanda keçiriləcək mundiala vəsiqə qazandı

Cənubi Amerika çempionatı Argentinada çövkən üzrə keçiriləcək dünya çempionatına vəsiqə qazanan iki komanda məlum olub. Futbolpress.az xəbər verir ki, ilk dəfə təşkil edilən qitə çempionatının birinci günündə keçirilən qarşılaşmalar artıq yüksək rəqabətin anonsu oldu. Argentina və Uruqvay komandaları arasında baş tutan görüş 3:2 hesabı ilə Uruqvayın qələbəsi ilə yekunlaşdı. Digər matçda isə Çili yığması Kolumbiyanı 3:1 hesabı ilə məğlub edərək inamla finala adladı. Yarışın son günündə isə gərginlik maksimum həddə çatdı. Üçüncü yer uğrunda oyunda Argentina Kolumbiyanı 3:2 hesabı ilə məğlub edərək turniri bürünc medalla başa vurdu. Günün əsas qarşılaşmasında isə Uruqvay və Çili üz-üzə gəldi. Final oyunu əsl idman dramına çevrildi və 3:2 hesabı ilə Uruqvayın qələbəsi ilə nəticələndi. Beləlikl...
Nazir üçün qəbul günü
Digər İdman Növləri

Nazir üçün qəbul günü

Fevralın 6-da gənclər və idman naziri Fərid Qayıbov Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası üzrə şəhər və rayon sakinlərini qəbul edib. Futbolpress.az xəbər verir ki, qəbuldan öncə nazir Fərid Qayıbov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib. Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib. source...