Azərbaycan Futbolu

“Qarabağ”la oyundan əvvəl məşqlərə başladı
Azərbaycan Futbolu

“Qarabağ”la oyundan əvvəl məşqlərə başladı

Bazar günü “Qarabağ”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir. Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bir müddətdir zədəli olan Urfan Abbasov da fərdi məşqlərə başlayıb. Martın 8-də keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyununa saat 19:15-də start veriləcək. source
Milli qələbə ilə başladı
Azərbaycan Futbolu

Milli qələbə ilə başladı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatı – 2027-nin seçmə mərhələsində mübarizəyə start verib. Futbolpress.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz ilk oyununu Şimali Makedoniya yığmasına qarşı keçirib. Millimizin heyətində 50 oyun keçirmiş Nigar Mirzaliyeva və Sevinc Cəfərzadəyə qarşılaşmadan əvvəl AFFA adından xatirə olaraq millinin rəsmi forması verilib. Yubilyarlara hədiyyəni AFFA-nın baş katibi Cahangir Fərəcullayev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər. “Dalğa Arena”da təşkil olunan görüş millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində hər iki qolu kapitan Sevinc Cəfərzadə vurub . source
Siyasət Əsgərovdan qələbə şərhi
Azərbaycan Futbolu

Siyasət Əsgərovdan qələbə şərhi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya yığması ilə “Dalğa Arena”da keçirilən oyundan (2:0) sonra mətbuat konfransında fikirlərini bildirib. Futbolpress.az xəbər verir ki, o, matçdan sonra bunları deyib: “Çox yaxşı gün oldu. Əlbəttə ki, çətin oyun salındı. Qələbə qazanmaq istəyirdik və bunu bacardığımız üçün qürur duyuruq. Futbolçularımıza təşəkkür edirəm. Matçın ilk 20 dəqiqəsində səhvlərimiz oldu, amma getdikdə komanda özünə gəldi. İkinci hissədə də rəqibin təzyiq edəcəyini bilirdik. Maksimum dərəcədə diqqətli olmalıydıq. Çünki rəqib bərabərlik qolu üçün hücuma atılacaqdı və haradasa səhv edəcəkdi. Qızlar sona qədər xarakter göstərərək ikinci qolu vurdular və qələbə qazandıq”...
Zirədə heyətlər bilindi
Azərbaycan Futbolu

Zirədə heyətlər bilindi

“Zirə” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda bu gün “Sumqayıt”la qarşılaşacaq. Futbolpress.az xəbər verir ki, saat 19:00-da başlayacaq görüşə komandalar aşağıdakı heyətlə çıxacaqlar… “Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 10. Giorgi Papunaşvili 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron QomisEhtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 73. Anatoli Nuriyev 14. Elçin Əlicanov 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 26. Stefan Aka 28. Leroy Mikels 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 22. Eren AydınBaş məşqçi: Rəşad Sadıqov “Sumqayıt”: 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 9. Aleksandr Ramalinqom 33. D...
APL klubu üçün seminar
Azərbaycan Futbolu

APL klubu üçün seminar

AFFA Hakimlər Komitəsi “Karvan-Yevlax”ın məşqçi və futbolçu heyəti üçün seminar təşkil edib. Futbolpress.az xəbər verir ki, komitə üzvü Ceyhun Haşımov kollektivi oyun qaydalarındakı yeniliklərlə tanış edib, həmçinin vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları barədə ətraflı məlumat verib. Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub. source
Millinin oyunu polyaklara tapşırıldı
Azərbaycan Futbolu

Millinin oyunu polyaklara tapşırıldı

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda martın 3-də, saat 15:00-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununa hakim təyinatları açıqlanıb. Futbolpress.az xəbər verir ki, qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək: 3 mart Azərbaycan (Qadınlar) – Şimali Makedoniya (Qadınlar)“Dalğa Arena”. Saat 15:00Baş hakim: Anna AdamskaBaş hakimin köməkçiləri: Julia Bukaroviç, Angelika NovakDördüncü hakim: Mixalina Diakov(Hakimlər briqadası Polşadandır) source
II Liqada darmadağın
Azərbaycan Futbolu

II Liqada darmadağın

II Liqada XVI turun oyunları keçirilir. Futbolpress.az xəbər verir ki, bu gün turnir cədvəlində ikinci olan “Qaradağ Lökbatan” “Şəmkir”lə qarşılaşıb və darmadağına sevinib. II Liqa XVI tur 2 mart “Qaradağ Lökbatan” – “Şəmkir” 4:0 Qollar: Rəhman Quliyev, 30. Hakan Həsənov, 44. Tural Axverdiyev, 45. İlham Hüseynov, 87. source
Rəhim Həsənov mübahisəli penaltini şərh etdi – VİDEO
Azərbaycan Futbolu

Rəhim Həsənov mübahisəli penaltini şərh etdi – VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Premyer Liqanın XXII turunun oyunlarındakı mübahisəli epizodları şərh edib. Futbolpress.az xəbər verir ki, mütəxəssis “Kəpəz” – “Sumqayıt” meydan sahiblərinin lehinə təyin olunan penaltinin düzgün olmadığını bildirib. Referi eyni zamanda “Şamaxı” – “Neftçi” görüşündəki (2:2) meydan sahiblərinin lehinə təyin edilən penaltinin isə doğru qərar olduğunu qeyd edib. source
“Zirə” – “Sumqayıt” oyunu FIFA referisinə tapşırıldı
Azərbaycan Futbolu

“Zirə” – “Sumqayıt” oyunu FIFA referisinə tapşırıldı

Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşü olan “Zirə” – “Sumqayıt” oyununun təyinatları açıqlanıb. Futbolpress.az xəbər verir ki, görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək. 3 mart (çərşənbə axşamı) “Zirə” – “Sumqayıt”Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf CabarovVAR: Tural QurbanovAVAR: Asiman ƏzizliHakim-inspektor: Rəhim HəsənovAFFA nümayəndəsi: Məmmədəli MəmmədovZirə İdman Kompleksinin stadionu, 19:00 source
Cəfərov Kosovonun oyununda
Azərbaycan Futbolu

Cəfərov Kosovonun oyununda

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb. Futbolpress.az xəbər verir ki, o, qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin Kosovo – Cəbəllütariq oyununun UEFA nümayəndəsi olacaq. C Liqasının 2-ci qrupunun I turu çərçivəsində keçiriləcək görüş martın 3-də Priştinada yerləşən “Fadil Vokrri” stadionunda təşkil olunacaq.   source