“Neftçi” hazırdır

“Neftçi” Misli Premyer Liqasının XI – “Zəfər turu” çərçivəsində “Kəpəz”ə qarşı keçirəcəyi oyunun hazırlıq mərhələsini başa çatdırıb.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” qarşılaşma öncəsi son məşq prosesini “Palms Sports” Futbol Mərkəzində reallaşdırıblar.

Paytaxt təmsilçisi bu görüşə itki ilə çıxacaq. Belə ki, “Turan Tovuz”la matçda qırmızı vərəqə görərək 2 oyunluq cəzalandırılan İqor Ribeyro “Kəpəz”lə dueldə də komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, noyabrın 6-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” qarşılaşması saat 20:00-da start götürəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir