Azərbaycanda oynamış sabiq futbolçu vəfat etdi

Moldovalı sabiq hücumçu Vadim Kriçmar 38 yaşında dünyasını dəyişib.

Futbolpress.az xəbər verir ki, mart ayında xərçəngin aqressiv forması diaqnozu qoyulan keçmiş futbolçu İtaliyadakı klinikalardan birində müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Karyerası ərzində Moldovanın bir çox klubları ilə yanaşı, Rusiyanın “SKA-Energiya”, “Tosno”, Rumıniyanın “Otselul” və “Daçiya Unirya” komandalarında çıxış edən Kriçmar Azərbaycanda da legioner həyatı yaşayıb. O, 2009–2011-ci illərdə Salyanın “Muğan” klubunun şorəfini qoruyub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir