Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə hazırlığı davam etdirən “Qarabağ” bu gün yoxlama oyunu keçirəcək.
Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Zirə” ilə qarşılaşacaq. Oyun “Azersun Arena”nın məşq meydançasında keçiriləcək. Yoxlama görüşü yalnız media nümayəndələri üçün açıq olacaq.
“Qarabağ” çempionatda 6 turdan sonra 13 xalla 3-cü sıradadır. Aktivində 10 xalı olan “Zirə” isə beşincidir.
Komandalar bu mövsüm çempionatda 5-ci turda üz-üzə gəlib və bərabərlik qeydə alınıb.
