“Neftçi”dən fasilədə uğurlu sınaq

“Neftçi” milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə edərək növbəti yoxlama matçına çıxıb.

Futbolpress.az xəbər verir ki, paytaxt təmsilçisi “Palms Sports” Futbol Mərkəzində “Araz-Naxçıvan” kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma “Neftçi”nin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. “Ağ-qaralar”ın heyətində qollara Alen Şkribek və Andrey Ştoqrin imza atıblar.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir