“Sumqayıt” yeni kapitanını seçdi

“Sumqayıt” futbol klubunda rəhbərlik və məşqçilər korpusunun iştirakı ilə iclas təşkil olunub.

Futbolpress.az xəbər verir ki, toplantının yekununa əsasən komandanın kapitan sarğısı İsa Sulimana həvalə edilib. Roy Kehat ilə Höccət Haqverdi isə vitse-kapitanlar kimi müəyyənləşiblər.

“Gənclik şəhəri” təmsilçisinin əvvəlki kapitanı Səbuhi Abdullazadə idi. Yarımmüdafiəçi Misli Premyer Liqasının I turunda “Neftçi” ilə matçın 74-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulduqdan sonra dəhlizdəki şüşəyə zərbə endirib. Qırılan böyük şüşə parçasının ayağına xəsarət yetirməsi səbəbindən ciddi zədələnən futbolçu ən azı 5 ay yaşıl meydanlardan uzaq qalacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir