Vüsalın komandası liderliyə yüksəldi

Kosova Superliqasında 3-cü turun oyunları çərçivəsində növbəti matçlar keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi “Malişeva” səfərdə “Feronikeli”nin qonağı olub. Görüş qonaqların 3:0 hesablı darmadağını ilə yekunlaşıb.

29 avqust

“Feronikeli” – “Malişeva” 0:3

Qollar: K. Uka, 11, 56, L. Xilani, 24

Milli komandamızın hücumçusu Vüsal İsgəndərli qarşılaşmaya ilk “11-lik”də başlayaraq komandasının uğurunda pay sahibi olub.

Bu inamlı qələbədən sonra xallarını 7-yə çatdıran “Malişeva” turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir