Azərbaycan U-21 millisinin futbolçusu Lorenso Mezzotero “Sampdoriya”da debüt edib.
Futbolpress.az xəbər verir ki,18 yaşlı hücumçu B Seriyasında “Yuve Stabiya”ya qarşı matçın 87-ci dəqiqəsində məşhur Lorenzo İnsinye ilə eyni vaxtda meydana daxil olub.
Qarşılaşma “Sampdoriya”nın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Lorenso buna qədər İtaliya təmsilçisinin B komandasında çıxış edirdi.
