Azərbaycan millisi Bakıda sonuncu oyuna çıxacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün sonuncu oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Niderlandla üz-üzə gələcək.

Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşma saat 18:30-da başlanacaq.

Qrupun digər görüşündə Rumıniya İspaniyanı sınağa çəkəcək.

C qrupunun oyunlarına bu gün yekun vurulacaq. Hazırda Belçika yığması 13 xalla liderdir. Niderland 9 xalla ikinci, Azərbaycan millisi 8 xalla üçüncüdür. Portuqaliyanın 5, Rumıniyanın 3, İspaniyanın 1 xalı var.

Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir