Rusiya Milli Futbol Liqasında 7-ci turun qarşılaşmaları keçirilir.
Futbolpress.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Soçi” səfərdə “Nefteximik”lə üz-üzə gəlib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
20 avqust
“Nefteximik” — “Soçi” — 1:2
Qollar: İ. Maşukov, 60; Marselo Alves, 29, R. Maqal, 45
Ramil Şeydayev qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 67-ci dəqiqədə mübarizəyə qoşulub.
Bu qələbədən sonra xallarının sayını 13-ə çatdıran “Soçi” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
