Şeydayevin komandasından səfər qələbəsi

Rusiya Milli Futbol Liqasında 7-ci turun qarşılaşmaları keçirilir.

Futbolpress.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Soçi” səfərdə “Nefteximik”lə üz-üzə gəlib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

20 avqust

“Nefteximik” — “Soçi” — 1:2

Qollar: İ. Maşukov, 60; Marselo Alves, 29, R. Maqal, 45

Ramil Şeydayev qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 67-ci dəqiqədə mübarizəyə qoşulub.

Bu qələbədən sonra xallarının sayını 13-ə çatdıran “Soçi” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir