Qurban Qurbanov: “Vacib qalibiyyət əldə etdik”

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə Niderlandın “Tvente” klubunu 1:0 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşma barədə təəssüratlarını bölüşdü:

– İlk növbədə, futbolçularımı təbrik etmək istəyirəm. Çox yaxşı, düzgün mübarizə apardılar və böyük güc sərf etdilər. Komanda olaraq üçüncü dəfədir bura gəlirik və hər gəlişimizdə stadiondan, azarkeşlərdən və oyundan daha çox zövq alırıq. Ona görə də göstərdikləri futbol və yaratdıqları möhtəşəm mühitə görə rəqibin azarkeşlərinə, həmçinin futbolçularına təşəkkür edirəm. Düşünürəm ki, stadiondakılar oyundan həzz aldılar. Azarkəşlərimiz də bura gəlmişdi, bir dəqiqə belə dayanmadılar. Sanki hamı yanımızda idi, hər kəs bizə dəstək verirdi. Çox xoş oldu və vacib qalibiyyət əldə etdik, amma bu, hələ ilk oyundur. Qarşıda cavab qarşılaşması var. Rəqib həm daha sürətli oynaya, həm də daha çox qol epizodları yarada bilir. Bakıdakı matçda iki oyunun nəticəsinə görə mərhələ keçən tərəf olmaq üçün daha diqqətli və intizamlı çıxış etməliyik. İnanıram ki, cavab qarşılaşması da buradakı kimi maraqlı keçəcək və azarkeşlərimizi sevindirə biləcəyik.

Ayxan Zayıdzadə

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir