“Neftçi” yeni mövsümün hazırlıqları çərçivəsində növbəti yoxlama matçını keçirib.
Futbolpress.az xəbər verir ki, “flaqman” Qusarın “Şahdağ” komandası ilə qarşılaşıb. Məhsuldar keçən görüş paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Ağ-qaralar”ın qollarını Lyubomir Tupta və Freddi Varqas vurublar. Bölgə klubunun qapısına yol tapan digər topu isə “Şahdağ”ın futbolçusu öz qapısına göndərib.
