“Zirə”dən daha bir ayrılıq

“Zirə” yarımmüdafiəçisi Brahim Konate ilə vidalaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “qartallar”ın mətbuat xidməti məlumat yayıb.

Fransalı legionerlə qüvvədə olan müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib.

Konate 2025-ci ilin yayından “Zirə”nin şərəfini qoruyurdu.

Qəsəbə təmsilçisi cari yay transfer dövründə həmçinin, Tiaqo Silva, Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Anatoli Nuriyev, Ayron Qomis və Rövlan Muradovla da yollarını ayırıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir