Yeni mövsümün hazırlıqlarını davam etdirən “Sumqayıt” və “İmişli” komandaları Qəbələdə yoldaşlıq görüşündə üz-üzə gəliblər.
Futbolpress.az xəbər verir ki, sınaq matçı “pələnglər”in 4:1 hesablı üstünlüyü ilə başa çatıb.
“Sumqayıt” bundan öncəki hazırlıq oyunlarında “Qəbələ” (1:1) və “Kəpəz”lə (0:0) “sülh”ə razılaşıb, “Şamaxı”nı isə 2:0 hesabı ilə məğlub edib.
“İmişli” isə toplanış çərçivəsində “Şəfa” (2:2), “Araz-Naxçıvan” (2:2), “Karvan” (1:1) və “Qəbələ” ilə heç-heçə edib, “Qarabağ-2” üzərində isə darmadağınla qələbə qazanıb (5:1).
