Nərimandan Türkiyə klubuna “hə”

Türkiyənin “Ərzurumspor” klubu azərbaycanlı hücumçu Nəriman Axundzadənin transferi ilə bağlı razılıq əldə edib.

​Futbolpress.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

​Məlumata görə, klub 22 yaşlı futbolçu ilə prinsipial razılıq əldə edib. Hücumçu Ərzuruma gəldikdən və tibbi müayinədən keçdikdən sonra tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir