Heyətini gücləndirməkdə davam edən “Səbail” PFK növbəti transferini reallaşdırıb.
Futbolpress.az xəbər verir ki, son olaraq Premyer Liqada “İmişli”də çıxış etmiş Abbas Ağazadə ilə 1+1 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi Premyer Liqada 33 oyuna çıxıb və 1 qola imza atıb.
“Səbail” növbəti mövsüm I Liqada mübarizə aparacaq.
