“Turan Tovuz”da rus legioner

“Turan Tovuz” heyətini yeni qapıçı ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Tovuz təmsilçisi Aleksey Kenyaykini transfer edib.

Rusiyalı qapıçı ilə 2 illik müqavilə bağlanıb.

27 yaşlı Kenyaykin ilk dəfə legioner həyatı yaşayacaq. 199 santimetr boya malik olan qolkiper karyerası ərzində “Orenburq”, “Torpedo” (Moskva), “Volqa” (Ulyanovsk) klublarının formasını geyinib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir