SOCAR komandası tarixə düşdü

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyası tərəfindən təşkil olunan Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş dövlət qurumları arasında IV minifutbol turnirinin qalibi olmuş SOCAR minifutbol komandası, 5-7 iyun 2026-cı il tarixlərində Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən III Dünya Korporativ Oyunlarında tarixi uğura imza atıb.

Futbolpress.az xəbər verir ki, 7 iyun tarixində keçirilən final görüşündə SOCAR futbol ölkəsi kimi tanınan Mərakeşin ən böyük media qurumlarından birini təmsil edən “Le Matin” komandası üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

SOCAR bu idman növü üzrə Dünya Korporativ Oyunlarının qalibi adını qazanan və turniri məğlubiyyətsiz başa vuraraq kuboka sahib çıxan ilk Azərbaycan komandası kimi tarixə düşüb.

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir