II Liqada çempion kim olacaq?

Bu gün Azərbaycan II Liqasında mövsümün qalibi məlum olacaq.

Futbolpress.az xəbər verir ki, turnir cədvəlinin birinci pilləsində qərarlaşan “Xankəndi” “Şəmkir”in qonağı olacaq. Lider bu görüşdə məğlub olmayacağı təqdirdə, çempionluğunu elan edəcək. Komanda ən yaxın izləyicisi “Qaradağ Lökbatan”ı üç xal qabaqlayır.

İkinci sırada qərarlaşan “Qaradağ Lökbatan” isə səfərdə “Şirvan”la üz-üzə gələcək. Bakı klubu bu görüşdə qələbə qazanmalı və liderin məğlub olmasını gözləməlidir.

Azərbaycan II Liqası
XXVII tur

18 may

17:00 Quba – Dinamo
17:00 Şirvan – Qaradağ Lökbatan
17:00 Şəmkir – Xankəndi

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir