“Şah”ın yubileyi

“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev Ağdam klubunun heyətində 100-cü Premyer Liqa matçına çıxıb.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, onun yubileyi “Turan Tovuz”la ev oyununa təsadüf edib. Misli Premyer Liqasının XI turunda qolkiperin komandası 0:1 hesabı ilə uduzub.

O, “Qarabağ”da 2016/17 mövsümündə debüt edib. Şahrudin 11 mövsümdə 54 qol buraxıb.

Qeyd edək ki, Məhəmədəliyev turnirin tarixində eyni komandada 100 və daha çox oyun keçirən 218-ci futbolçu olub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir