“Kəpəz”in hücumçusu yığmaya çağırıldı

“Kəpəz” PFK-nın yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb.

Futbolpress.az xəbər verir ki, 28 yaşlı futbolçu UEFA Millətlər Liqasının “C” divizionunda noyabrın 13-də doğma publika önündə Qazaxıstana, bundan 3 gün sonra isə səfərdə Farer adalarına qarşı oyunlarda forma geyinə bilər.

Moldova milli komandası hazırda 4 xalla qrupda 3-cü yerdə qərarlaşıb.

Viktor Stina yığmada keçirdiyi 34 oyunda 4 qol vurub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir