“Çempionat daha vacibdir”

UEFA Çempionlar Liqasının IV turunda “Sabah”ı qəbul etməyə hazırlaşan Norveçin “Vikinq” klubunda əsas diqqət daxili çempionata yönəlib.

Futbolpress.az xəbər verir ki, Stavanger təmsilçisinin baş məşqçilərindən biri Byarte Lunde Orsheym ölkə birinciliyindəki çempionluq yarışını avrolliqadan daha üstün tutduqlarını gizlətməyib. Mütəxəssis matçdan öncə keçirilən mətbuat konfransında açıq şəkildə bildirib:

“Çempionat daha vacibdir”.

Hazırda Norveç çempionatında 25 turdan sonra 59 xalla lider olan “Vikinq” son turda əsas rəqibi “Budo-Qlimt”ə 2:3 hesabı ilə uduzub. Həmin oyunda “Vikinq”in digər baş məşqçisi Morten Yensen və rəqib çalışdırıcı Ketil Knutsen qırmızı vərəqə alaraq intizam komissiyasının qərarını gözləyirlər.

Bununla yanaşı, Norveç təmsilçisi “Sabah”la görüşə ciddi kadr itkiləri ilə çıxa bilər. Zədəli olan Anders Bertelsen, Veton Berişa, Sondre Byorshol, Nik D’Aqostino və Martin Ove Rösetin oynamayacağı gözlənilir. Komandanın cari mövsümdə 15 qol vuran ən məhsuldar hücumçusu Peter Kristiansenin fiziki durumu isə oyun saatında qiymətləndiriləcək.

Qeyd edək ki, “Vikinq” – “Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir