“İmişli” klubunun U-19 komanadasına 6 legioner futbolçu cəlb edilib.
Futbolpress.az xəbər verir ki, bu barədə “Pələnglər”in mətbuat xidməti məlumat yayıb.
Qambiyadan 18 yaşlı Ebrima Camme və 19 yaşlı Lamin Kante, Nigeriyadan isə 18 yaşlı Adavale Latef, Bassey Meşak, Abdullatef Apatira və Olayinka Qbolahan komandanın sıralarına qoşulublar.
